Sentyabr ayının 8-dən 12-dək Parisdə növbəti Maison&Objet sərgisi keçirildi.
Mebel şirkətimiz sərgidə iki əlamətdar nümumə təqdim etmişdir: SVOYA studiyasından RIPPLES masaları: bu masaların əsas xüsusiyyəti onların üst örtüyünün müxtəlif materiallardan — ağac və tekstildən (daha yumşaq əşyalar üçün) hazırlanmasıdır. Masaların forması və relyefi su üzərindəki dairələri xatırladır, buna görə də, bu forma dizayner Denis Sokolovu ilhamlandırmış və masanın adı buradan yaranmışdır (ingilis dilindən “dalğa” kimi tərcümə olunur).
MOM sərgisinin ziyarətçilərini həmçinin Ukrayna əsgərləri üçün kamuflyaj torlarının dekorativ müasirləşdirilmiş analoqu kimi hazırlanmış KIKIMORA xalçası da heyrətləndirmiş və ilhamlandırmışdır.