DONNA və ISaloni 2023


DONNA öz müəllif mebelini ilk dəfə 2023-cü ilin yazında Milanda keçirilmiş Salone del Mobile sərgisində təqdim etmişdi. Sərgi üçün seçilən məhsullar ağ rəngli RAFT və SUMİNAGASHİ masalarıdır.

Ukraynanın stendi sərginin bütün qonaqlarını özünə cəlb etdi. DONNA şirkəti isə, sözün əsl mənasında yenilməz Ukrayna ruhunun və Avropa tendensiyaları ilə ayaqlaşmaq istəyinin təcəssümü oldu.

Ukrayna stendi ISaloni sərgisinin ən çox ziyarət edilən stendlərindən biri idi. DONNA şirkətinin həmtəsisçisi Natali Donçenko öz şirkətinin “hit” məhsullarının təqdimatını keçirdi: SVOYA studiyasının dizaynerləri tərəfindən hazırlanmış RAFT divanı və DECORKUZNETSOV-un unikal naxış texnologiyasına malik SUMİNAGASHİ masaları. Həmçinin, ISaloni sərgisi üçün məxsusi olaraq DONNA-nın bütün müəllif kolleksiyalarının yeni kataloqu hazırlanmışdır.  

Milanda Salone del Mobile sərgisi şirkətimiz üçün yeni Avropa dizayn studiyaları ilə tanışlıq məkanı oldu və müharibə zamanı müvəqqəti olaraq xaricdə yerləşmiş ukraynalı qadın dizaynerləri bir araya gətirdi.

2023-cü ilin dekabr ayında daha bir DONNA sərgi zalının açılacağı gözlənilən Bakı şəhərindən olan dizaynerlərlə görüşmək xüsusilə xoş oldu. Görüş çoxdankı tərəfdaşımız – “Design Tour” televiziya şousu və Anastasiya Kovalevanın yardımı sayəsində baş tutdu.


24 Апр, 2023 год
Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение