BORBOLETA səs uducu panelləri
Səs uducu panellər həmçinin Valeri və Yekaterina Kuznetsovların dizaynı üzrə məxsusi olaraq DONNA fabrikinin müştəriləri üçün hazırlanmış sənət obyektidir.
BORBOLETA portuqal dilində «kəpənək» deməkdir. Bu ad ona görə seçilib ki, məhsul bionik üslubda hazırlanıb və kəpənəklərin görüntüsündən ilhamlanıb.
BORBOLETA səs-küyü və yüksək tezlikləri udan dəbli, innovativ ixtiradır. Səs-küyü udmaq o deməkdir ki, bu panellər sayəsində siz qonşuların cihazlarının (televizorlar, kompüterlər), avtomobillərin və təyyarələrin səsini eşitməyəcəksiniz. Tezliklərin udulması isə, BORBOLETA-nın yüksək səsləri, uşaq qışqırıqlarını, qadın səslərini də udması deməkdir. Üstəlik, bu təsir qarşılıqlı olacaq: bütün bu səslər sizin tərəfdən və panellərin asıldığı divar tərəfdə qonşulardan eşidilməyəcək.