OBYEKT
Budur, məşhur interyer studiyası DECORKUZNETSOV tərəfindən yaşlı cütlük üçün işlənib hazırlanmış interyer. Belə müştərilər üçün dizayn studiyasının yaradıcıları Yekaterina və Valeri Kuznetsovlar mənzildəki sahənin düzgün bölüşdürülməsi bacarığından məharətlə istifadə etmişlər və bizim mebel studiyamız DONNA dizaynerlərin bütün ideyalarını ən xırda detallarına qədər reallaşdırmışdır.
İlk diqqəti cəlb edən rəngdir! DECORKUZNETSOV studiyasında rənglərdən və onların məkanda əhval-ruhiyyə yaratmaq xüsusiyyətindən tam istifadə olunur. Dizaynerlər atmosfer və yeni dizayn tendensiyaları yaratmaq üçün gözlənilməz cəsarətli çalarlardan istifadə edirlər.
Bu interyerin rəng planı xoşagələn və zaman tanımayan çalarlara əsaslanır: ağ, tünd mavi və taxta rəngi.
Rənglər tematik olaraq müxtəlif fəsillərə uyğun gələn və məkanı işıqlandıran təbii elementlərlə səsləşdiyindən, interyer canlı və işıqlı alınıb. Dizaynerlərin ideyasını rəhbər tutaraq, studiyamız mənzilin girişində şkaf modulları ilə ifadə olunan və mətbəxlə davam edən mebel ansamblı yaratmışdır. Bu kompozisiyanın ilk blokları ayaqqabı geyinmək üçün yumşaq oturacağı olan portaldan və kombi cihazının, sayğacın və s. yerləşdirilməsi üçün şkaflardan ibarətdir. Bütün bu bölmələr, eləcə də onların davamı olan mətbəx boyalı MDF-dən hazırlanmışdır.
DONNA mebel studiyasının komandası və interyer dizaynerləri mətbəxin rənginə dair qərara gəldikdən sonra hətta mətbəxin bütün iş sahəsini və mənzilin giriş hissəsini çərçivəyə alan “rəngli” döşəmə plitələrini birgə seçmişlər. Yeri gəlmişkən, mətbəxin sonundakı beton sütun da istehsalçı DONNA şirkətinin ustaları tərəfindən boyalı MDF ilə örtülmüşdür. Bu isə, məkanın bölünməsinin qarşısını almış və otaqda səma rənginin enerjisini artırmışdır. Mətbəx mebelinin işçi masası Avstriya FunderMax istehsalı olan hamar HPL panelindən hazırlanıb. Məhsulda istifadə olunan fitinqlər Avstriyanın Blum şirkətinə aiddir. Ərzaqları doğramaq və səhər yeməyi üçün mebldə nizamsız formalı əlavə guşə hazırlanmışdır.
Bundan əlavə, dizaynerlərin eskizlərinə əsasən, DONNA tərəfindən aşağıdakılar hazırlanmışdır: qonaq otağında televizor stendi; yataq otağı üçün 3D material və şkaf mebeli ilə çarpayı; vanna otağında güzgü, Pesca penal qutu.
Mənzl sahibləri dizaynerlərə nəvələrinin tez-tez onlara qonaq gəldiklərini söylədiklərindən, dizaynerlər uşaq otağı üçün məxmər üzlüklü divan və uşaq çarpayısı dizayn etmişlər (mütəxəssislərimiz isə, bunları hazırlamışlar). Divanın bazası diktdən hazırlanmışdır.
Bu məhsulun uşaqlar üçün hazırlanmasına baxmayaraq, onun aydın kənarları və konkret xətləri böyüklər üçün nəzərdə tutulan ən son tendensiyalara uyğundur. Biz həmçinin uşaq divanında gündəlik yatmaq üçün ortopedik döşəkli daxili sedafleks mexanizm quraşdırmışıq.
Çarpayı palıd materialla örtülmüş qeyri-adi MDF-dən hazırlanmışdır. İstehsalçı DONNA bunu sınaqdan keçirərək öz işində düyünlü üzləmədən istifadə etmişdir. Ustalar düyünləri qara patin ilə silmiş və nəticədə məhsulda maraqlı bir qradiyent yaranmışdır.
Uşaq otağının divar üzləməsi də DONNA komandası tərəfindən həyata keçirilib.
Mebel təchizatı bizim istehsalımıza həvalə edildiyi üçün, bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilmişdir.