donna-logo
MIA mətbəxi

MIA mətbəxi

MİA mətbəxinin ideyası NOTTDESIGN studiyasının yaradıcısı, məşhur ukraynalı dizayner Sergey Qotvyanskiyə məxsusdur. O, xüsusi olaraq DONNA tərəfindən istehsal edilmək və müştərilərimiz üçün nəzərdə tutulmuşdur.

MİA mətbəxi üç moduldan ibarətdir:

1) Sergey Qotvyanskinin fikrincə, daha çox masaya bənzəyən adalar

2) Yuma və emal sahəsi

3) Saxlama sistemi

Dizayner zərif monoxrom həcmli mətbəx yaratmaq istəmişdir. Beləliklə, Dark versiyasında (qara fasadlı mətbəx) məhsul bürünc elementlərlə vurğulanan qara səthə malikdir. Mətbəxin açıq rəngli versiyası (Light) isə, palıd materialla ağ rəngin ahəngdar birləşməsi üzərində qurulmuşdur. 

Məhsulun dizayneri: Sergey Qotvyanski, NOTTDESIGN studiyası

Nüfuzlu «İlin interyeri» mükafatına bir neçə dəfə layiq görülmüşdür. Sergey Qotvyanski və onun studiyası eyni zamanda Ukraynada orijinal və funksional interyer dizaynı sahəsində əldə etdiyi nailiyyətlərə görə bir neçə dəfə Red Dot Design mükafatına (Sinqapur) layiq görülən çox az dizaynerlərdəndir. Qeyd edək ki, dizayn dünyasında bu mükafat «Oskar»la bərabər tutulur.

Predmet dizaynı sahəsində Paris Design and Design mükafatı da dəfələrlə NOTTDESIGN studiyasının işlərini birinci yerə layiq görmüşdür.

Ölçülər

Dizayn və çatdırılma

MİA mətbəx dəstinə aşağıdakılar daxildir:

  • Qaz plitəsi zonası
  • Alt şkafla birlikdə mətbəx çanağı
  • Məişət texnikasının quraşdırılması üçün bölmələri olan şkaf
  • Rəflərin və şkafların sayı və yeri boruların ölçüsü və yeri nəzərə alınmaqla müştərinin seçimi ilə müəyyən edilir.
  • Boyalı MDF fasadları seçərkən, NCS və ya RAL rəng diapazonundan istənilən çaları seçə bilərsiniz. Bu o deməkdir ki, rəng seçimləri sonsuzdur və nümunələrdə onlardan yalnız bir neçəsini görürsünüz.

Materiallar

  • Masaüstü:

Avstriya istehsalı olan HPL-panel Fundermax və ya (istəyə görə) — keramoqranit, akril, kvars.

  • Fasadlar:

MIA Dark modelində boyalı fırçalanmış materialdan istifadə edilir.

MIA Light üçün açıq palıd üzləmə və ya ağ boyalı MDF.

Digər rənglərdə olan mətbəxlər üçün NSC və ya RAL sistemlərinə uyğun olaraq MDF istənilən rəngə boyanır.

  • Furniturlar:

Avstriya istehsalı olan elit Blum furniturları.


Zəmanət və çatdırılma

DONNA fabrikinin komandası Azərbaycan və Avropa üzrə 24/7 sifarişləri qəbul edir, çatdırır və quraşdırır.
Azərbaycandan kənarda çatdırılma ilə bağlı məsələlər müştərinin ölkəsinə göndərilmə imkanları nəzərə alınmaqla fərdi qaydada müzakirə edilir.

Məhsul üçün zəmanət 1 ildir.


Rəng seçimləri

MIA sərgilərdə

Mükafatlar

2019-cu il, Kiyev — KIFF Sərgisi, BEST MEBEL UA müsabiqəsi. «İlin ən yaxşı mətbəxi» mükafatı.

2019-cu il, Avstriya — Fundermax HPL panellərinin istehsalçısından «Avstriyanın Seçimi» xüsusi mükafatı.

2020-ci il, Kiyev — UKRAINIAN DESIGN: THE VERY BEST OF. » Product Design 2020″ nominasiyasında «Best Of» mükafatı.

Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение