donna-logo
RIPPLES əhvə masaları

RIPPLES qəhvə masası kolleksiyası

Suyun ətrafda baş verənlərə qarşı reaksiya qabiliyyətindən ilham alınaraq yaradılan xüsusi formalı müasir masa kolleksiyası. Suya atılan daş suyun səthində dairələr əmələ gətirdiyi kimi, RIPPLES masası da sahibinə və onun ehtiyaclarına uyğunlaşır. RIPPLES masalarının «dəyişkən» dizaynı müəyyən bir insanın interyerinə və həyatına uyğunlaşır.

Şübhəsiz ki, gözlənilməz dizayn sayəsində bu məhsullar hətta bir əsr sonra da öz aktuallığını itirməyəcək sənət obyektlərinə çevrilir!

Minimalist formalar rənglərin və tekstil elementlərinin istiliyi ilə başqa şəkil alır. Məhz bu keyfiyyətlər sayəsində RIPPLES istənilən otağa uyğunlaşır, ona ruh bəxş edir. Zərif masalar həm ev, həm də ofis interyerlərində aktual olacaq.

Məhsulun dizayneri: Denis Sokolov, SVOYA studio

Studiya 2008-ci ildə istedadlı ukraynalı dizaynerlər komandası tərəfindən yaradılmışdır. 10 il müddətində bu studiyanın işləri Red Dot mükafatı və Elle Decoration mükafatı kimi ən mühüm beynəlxalq dizayn mükafatlarına layiq görülüb.

Studiya həmçinin dizaynın tərəqqisini və yeni imkanlarını nümayiş etdirən ən mühüm tədbirlərdə öz işlərini təqdim etmişdir:

— Paris Dizayn Həftəsi 2017

— Hollandiya dizayn həftəsi Eindhoven 2017

— Milan Dizayn Həftəsi 2019

Müxtəlif rənglərdə vizualizasiyalar

Ölçülər

Dizayn və çatdırılma

RIPPLES məhsullarının dizayn xüsusiyyətləri müxtəlif səthlərin birləşməsindən ibarətdir. Məhsulun hamar taxta, parlaq metal, yumşaq tekstil hissələri diqqəti cəlb edir və masalara çoxfunksiyalılıq xüsusiyyəti bəxş edir.

Səthin tekstil hissəsi zərif əşyalar və yuvarlanaraq yerə düşə bilən əşyalar üçün idealdır. Hamar hissə isə, yemək və ya çay məcməyilərini qoymaq üçün uyğundur.


Materiallar

Masanın üst səthinin tekstil hissəsi toxunuş və vizual baxımdan cəlbedici olmaqla yanaşı, zərif əşyaları cızıqlardan və zərbələrdən qoruyur. Bu, funksiyaya uyğun olaraq materialın yeni təfsiridir.

İstehsal müəssisəmizin tövsiyyələrindən istifadə edərək, müştərilər istədikləri tekstil materialı, eləcə də unikal RIPPLES məhsulunun istehsal olunacağı ağac materialı seçə bilərlər.


Zəmanət və çatdırılma

RIPPLES masaları DONNA tərəfindən çatdırıla bilər. Masalar təlimatlara uyğun olaraq asanlıqla yığılır. Bununla belə, quraşdırma mütəxəssislərimiz böyük məmnuniyyətlə sizin işinizi yüngülləşdirəcək və quraşdırmanı özləri icra edəcəklər!

Sifarişlərin qəbulu, çatdırılma və quraşdırma bütün dünyada 24/7 həyata keçirilir.

Məhsul üçün zəmanət — 1 il.


RIPPLES sərgilərdə

Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение