TAU masası
DONNA fabriki və Sergey Qotvyanski — NOTTDESIGN arasında daha bir əməkdaşlıq. Mifik TAU adına malik masa.
Məhsul 1,2 m diametri sayəsində daha da universaldır: iki nəfərlik səhər yeməyi, noutbukda işləmək və ya jurnal oxumaq və s. Bu, tam «situativ» bir obyektdir və onun dizaynı və ölçüləri ondan tələb olunan kimi istifadə etməyə imkan verir.
Bundan əlavə, bazası sayəsində TAU hər hansı əşyaların saxlanması üçün bar, seyf və ya taxça kimi istifadə edilə bilər.
TAU masasının daha bir unikal xüsusiyyəti: onu bir hərəkətlə açıb-bağlamaq mümkündür! Bununla da, masa ehtiyac olan zaman istifadə edilir və kiçik məkanlarda, sərgi stendlərində, ofislərdə və müxtəlif məqsədlər üçün nəzərdə tutulan digər interyerlərdə əvəzolunmaz əşyaya çevirir.