Şirkət


Mebel fabriki DONNA

DONNA fabriki 2008-ci ildə əsası qoyulmuş uğurlu ailə biznesidir. Onun təsisçiləri Nataliya və Aleksandr Donçenkolar nəinki ən qabaqcıl texnologiyalarla ayaqlaşan, həm də özlərinə məxsus yeniliklər gətirən az sayda istehsalat rəhbərlərindən biridir. Sürətlə dəyişən dizayn tendensiyaları, komfort haqqında təsəvvürlər və müasir insanın həyat tərzi onları inkişafa və Ukraynanın ən yaxşı dizaynerləri ilə əməkdaşlığa ruhlandırır. Beləliklə, DONNA fabriki müştərilərinin bütün istəklərini mükəmməl şəkildə yerinə yetirməklə yanaşı, onlara həm də mütərəqqi, yüksək keyfiyyətli məhsullar təklif edir.


 

MİSSİYA

Müştəri və onun rahatlığı şirkətin əsas prioritetidir! Məhz müştərilərin arzularını və gözləntilərini reallaşdırmaq üçün DONNA şirkətinin mütəxəssisləri hər gün bir araya gələrək vahid məqsəd üçün işə başlayırlar. Onlar hər dəfə hər bir məhsul üzərində işləyərkən gözləniləndən də yüksək nəticə əldə edirlər!

Sözsüz ki, DONNA mebel fabrikinin uğurunun əsasında ən son avadanlıqları və qabaqcıl texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli materialları özündə birləşdirən istehsal bazamız dayanır. Lakin şirkətimizin əsas kapitalı komandamızdır! DONNA fabrikinin hər bir mütəxəssisi əvəzsiz peşəkar təcrübəyə, bacarıqlara malikdir, müştərini başa düşür və lazım gəldikdə, onunla birbaşa ünsiyyət qurur. Burada kimdən söhbət getdiyinin əhəmiyyəti yoxdur: menecer, usta, quraşdırıcı, kəsici! Müştəri yönümlü fəaliyyət DONNA fabrikinin komandasının hər bir üzvündə təcəssüm olunan keyfiyyətdir və buna uyğun olaraq hər bir məhsulda və ya kompleks şəkildə mebelləşdirilən daşınmaz əmlak obyektində öz əksini tapır!


 

DONNA fabrikinin yaradıcıları: Nataliya və Aleksandr Donçenkolar

«Şirkətimizi irəli aparan əsas hərəkətverici qüvvə Ukrayna dizaynını və Ukrayna mebelini yeni səviyyəyə çatdırmaq istəyidir. Biz təkcə Ukraynaya deyil, bütün dünyaya müəssisəmizin  dürüstlüyünü, keyfiyyətini, yüksək mədəniyyətini, eləcə də, istedadlı ukraynalı dizaynerlərlə birgə yaradılmış diqqətəlayiq mebel elementlərini göstərmək istəyirik!»

      Nataliya Donçenko

DONNA fabrikinin bütün mebelləri DSTU 4414:2005 tələblərinə cavab verir. Hər bir məhsul keyfiyyət nəzarətindən keçir və məhsullara zəmanət xidməti göstərilir.


İSTEHSAL İMKANLARI

2012-ci ildə DONNA fabriki daha bir istehsal istiqaməti açaraq ən yüksək Avropa standartlarına cavab verən yumşaq mebel istehsalına başladı. Bunun sayəsində hazırda daşınmaz əmlak obyektləri ilə kompleks işlər üzrə 10 ilə yaxın təcrübəmiz var. Biz interyer layihələrini uğurla həyata keçiririk, bu layihələr üçün şkaf mebelinin, yumşaq mebelin və dekorasiyanın bütün çeşidlərini hazırlayırıq. Komandamız həm memar-dizaynerin layihəsinə uyğun olaraq, həm də birbaşa — ev sahibinin özünün nəzarəti altında işləyir. Daşınmaz əmlaka dair kompleks yanaşma DONNA-nın müştərilərə ən yüksək səviyyədə təqdim etdiyi aparıcı xidmətidir!

Bizim üçün nə materialların çeşidi, nə də dizayn həllərinin mürəkkəbliyi baxımından heç bir məhdudiyyət yoxdur. Biz uzun illərdir ki, mebel sənayesində ən yaradıcı ideyaları bacarıqla reallığa çeviririk!

UNİKAL MÜƏLLİF MƏHSULLARI

Şirkətimizin şüarı belədir: Furniture for future! (gələcəyin mebeli!). Şəxsən bizim üçün bu, trendləri izləmək, müştərilərimizə yeni dövrün, gələcəyin mebellərini təklif etmək deməkdir! Buna görə də, DONNA fabriki uzun illərdir ki, ən məşhur Ukrayna dizaynerlərini əməkdaşlığa dəvət edərək orijinal interyer əşyaları yaradır. Fiqurları, xətləri, fakturaları və texnologiyaları təcrübədən keçirərək, biz müasir dizayndan — onun sadəliyindən, təbiiliyindən, yeni unikal məhsullarla köklərə və təbiətə sadiq qalmaq xüsusiyyətindən ilham alırıq.

Müştərilərimiz sifariş əsasında mebel almaq imkanı ilə yanaşı, həm də Müəllif Mebeli bölməsində təqdim olunan orijinal dizayner mebelləri ilə öz interyerlərini tamamlaya bilərlər.


Burada siz SVOYA studio, NOTTDESIGN, DECORKUZNETSOV kimi dizayn studiyaları ilə birgə yaradılmış mebel sənəti nümunələrini əldə edə bilərsiniz.

Əsl qadına, əsl donnaya yaraşan DONNA fabriki gələcəyin maddiləşmiş təcəssümüdür. Daim təkmilləşməklə, yeni texnologiyalara və bacarıqlara yiyələnməklə, biz bilirik ki, fabrikimizin inkişafında atılan hər yeni addım sonuncu olmayacaq. Bizim ixtisaslı peşəkarlardan ibarət komandamız müştərilərin rahatlığını təmin etmək və interyer dizaynerlərinin yaradıcı ideyalarını reallaşdırmaq üçün yorulmadan irəliləyir.

DONNA — furniture for future (gələcəyin mebeli)!

KEYFİYYƏT VƏ DİZAYN ÜÇÜN MÜKAFATLAR

2019-cu il, Kiyev. — KIFF sərgisi, BEST MEBEL UA müsabiqəsi. MİA Müəllif Mətbəxi «İlin Ən Yaxşı Mətbəxi» Mükafatını qazanmışdır

2019-cu il, Avstriya. — MİA mətbəxi HPL panellərinin istehsalı üzrə dünya lideri Fundermax şirkəti tərəfindən «Avstriyanın Seçimi» Xüsusi Mükafatına layiq görülmüşdür.

2020-ci il, Kiyev. — UKRAINIAN DESIGN: THE VERY BEST OF. MIA Mətbəxi «Product Design 2020» nominasiyasında «Best Of (ən yaxşı)» mükafatını almışdır.

“DONNA şirkətinin məqsədi Ukrayna istehsalının yüksək keyfiyyətini və Avropanın ən layiqli mebel fabrikləri ilə rəqabət aparmaq iqtidarında olduğunu göstərməkdir”.

Aleksandr Donçenko

Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение