DEZEEN 2023-cü ildə İsveçrənin Sürix şəhərində keçirilmiş Kiyev Dizayn Həftəsi haqqında danışdı. USAID xeyriyyə təşkilatı və Almaniya hökuməti tərəfindən təşkil edilən tədbirin məqsədi gələcək iqtisadi inkişafa və Ukrayna dizaynının daha da təkmilləşdirilməsinə yardım etmək olmuşdur.
Öz nəşrində tədbirin Ukrayna istehsalçıları üçün əhəmiyyətini qeyd edən DEZEEN redaksiyası DONNA tərəfindən dizayn həftəsində təqdim olunan kreativ çoxfunksiyalı KONYKY puflarından da bəhs etdi.
Texnologiyalar və dizayn tendensiyalarından bəhs edən məşhur fransız daycesti GALAXUS Sürixdə keçirilən Kiyev Dizayn Həftəsindən fotoreportaj hazırlayıb.
Redaktor Pia Saydel sərgi məkanı haqqında ətraflı məlumat verdi. O, DONNA istehsalı olan KONYKY transformer-puflarına xüsusi diqqət yetirərək, onları gələcəyin mebelləri adlandırdı.
Polşanın ən məşhur nəşrlərindən biri olan PLN Design DVRZ Dizayn Günlərinin necə keçirildiyi barədə danışaraq, bu tədbiri müasir Ukrayna dizaynının təntənəsi adlandırıb. Jurnalistlərin xüsusi diqqətini çəkən interyer əşyaları arasında RIPPLES masaları və KONYKY transformer-pufları yer alır.
Milanda keçirilən Salone del Mobile sərgisi ərəfəsində məşhur italyan dizayn daycesti Interiorissimi oxucuları şirkətimizlə tanış etmək qərarına gəldi. O, dəbli mebel brendi olan DONNA-nın necə yarandığından və onun hansı dəyərləri təmsil etdiyindən bəhs edib. Oxuculara bu il Milanda keçirilmiş sərgidə nümayiş olunan RAFT divanı və SUMİNAGASHİ masalarını da təqdim edilib.
Bizim çoxdankı dostumuz, Ukraynanı və Ukrayna dizaynını səmimi şəkildə dəstəkləyən İtaliyanın G&G jurnalı bizi Milanda Salone del Mobile sərgisində salamladı. Nəhayət, DONNA-nın təsisçisi Natali Donçenko naşir Janna Lisoqorova ilə şəxsən görüşə bildi və əməkdaşlığa görə ona təşəkkür etdi!
Sizi Paris MOM sərgisinin stendləri ilə tanış olmağa və Ukrayna stendində dayanaraq ukraynalı dizayn mütəxəssislərini dinləməyə dəvət edirik. Anastasiya Beletskaya və Sana Moreaunun məhz DONNA və SVOYA studiyasının məhsulu olan RAFT divanında fikir bildirmələri çox xoşdur.
Milanda fəaliyyət göstərən Designboom hər kəsin oxuduğu daycestdir! Yanvar buraxılışında isə, hər kəs Ukrayna istehsalçılarının «L’art de la résilience» stendi barədə yazını oxudu. Bundan əlavə, Designboom məşhur ukraynalı tənqidçilər və dizayn tədbirlərinin təşkilatçıları Sana Moreau və Anastasiya Beletskaya ilə video reportaj hazırlayıb.
Əşya dizaynı sahəsində ən mühüm sərgilərdən biri barədə məlumat almaq və ekspertlərin DONNA istehsalı olan RAFT divanı haqqında fikrini bilmək istəyirsinizsə, məqaləni oxuyun!
Məşhur ITALIANBARK italyan bloqunun müəllifi Elizabeth Risato 2023-cü ilin yanvar ayında Parisdə keçirilmiş Maison&Objet sərgisində xüsusi diqqətə layiq olan stendlərlə ətraflı şəkildə tanış olmuşdur.
Müəllif Ukrayna stendinə və DONNA-nın təqdim etdiyi RAFT divanına xüsusi yer ayırıb. Elə indi «Parisdən ən yaxşı dekor trendləri» məqaləsini oxuyun!
İstehsalımızın ən yaxşı nümunələrindən olan, RAFT müəllif divanı Room Tours xüsusi layihəsinə əsasən, 2022-ci ilin 5 ən yaxşı Ukrayna istehsalı olan divanlarının siyahısına daxil edilib. Layihənin müəllifi və aparıcısı Svyata Nosik 2022-ci ilin əvvəlində bu modelin bütün üstünlüklərindən və xüsusiyyətlərindən danışaraq qeyd etmişdir ki, interyeri yeniləməyi düşünən hər kəs bizim bu qeyri-adi və eyni zamanda çox rahat RAFT divanımızı nəzərdə tutsun!
Amerikanın məşhur Pendulum Magazine jurnalının redaktoru, bizim yaxın dostumuz Florens Leunq HALF Mirror haqqında danışır. Redaktor SVOYA studiyasının dizaynerləri ilə birlikdə yaratdığımız bu əşyanın çox yönlülüyünü və sənət dəyərini yüksək qiymətləndirmişdir.
PRIMA Interior-un yaz buraxılışında ilk dəfə bizim müəllif işimiz olan MİA mətbəxi təqdim olunub. Bu təqdimat əsl vaxtında baş verdi, çünki hər bir qadın kimi, bizim DONNA da baharda özünü daha coşğulu hiss edir! Diqqətli insanlar bu mətbəx modelinin və fabrikimizin adları arasındakı assosiasiyanı anlayacaqlar: MİA…DONNA.
Bəzən bütün dünyadan qaçmaq üçün özünə romantik yuva qurmaq istəyən evli cütlük üçün qeyri-adi interyer… Dostumuz və partnyorumuz, dizayner Andrey İlyinin layihəsi barədə PRIMA Interior jurnalında bəhs olunub. Bu reportaj-məqalə xüsusi olaraq həmin evlər üçün yaratdığımız müəllif mebellərinin parlaq, canlı kadrları ilə yadda qalır.