donna-logo
High Future

Dizayn və çatdırılma

High Future qarderobunun qeyri-adi qapı konfiqurasiyası interyer dizayneri Andrey Qordienko tərəfindən hazırlanmışdır. İstehsal isə, DONNA mebel şirkəti tərəfindən həyata keçirilib.

Belə bir dizayn həllinin funksional xüsusiyyəti ondan ibarətdir ki, kənardan şkaflar qrafit güzgülü (DONNA-nın başqa bir məhsulu) zonanın məntiqi davamı olan şıq dekorativ panellərə bənzəyirlər. Beləliklə, qarderob otağı heç bir şəkildə məkanı dəyişdirmir, əksinə, ona uyğunlaşır, sözün həqiqi mənasında interyerin ümumi xətləri ilə uzlaşır.


Materiallar

  • Fasadlar: boyalı tutqun MDF
  • Fitinqlər: Blum (Avstriya)
  • Qrafit güzgü

Bütün materiallar və rənglər hər dəfə müştərinin istəyinə uyğun təqdim olunur.

İstehsalçı DONNA üzlənmiş MDF materialın geniş çeşidini təqdim edir. Boyalı MDF müştəri və ya interyer dizayneri tərəfindən seçilmiş istənilən rəng çalarına uyğun ola bilər.

Bənzər modeldə qarderob otağı hazırlanan zaman, pazla bənzəyən qeyri-adi qapı dizaynına müraciət etməyi məsləhət görürük, çünki bu element məhsulun dizaynında açar rolunu oynayır.


Zəmanət və çatdırılma

DONNA fabrikinin komandası Azərbaycan və Avropa üzrə 24/7 sifarişləri qəbul edir, çatdırır və quraşdırır.
Azərbaycandan kənarda çatdırılma ilə bağlı məsələlər müştərinin ölkəsinə göndərilmə imkanları nəzərə alınmaqla fərdi qaydada müzakirə edilir.

Məhsul üçün zəmanət 1 ildir.


Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение