donna-logo
ICON Tibbi Estetik Klinikası

ICON Tibbi Estetik Klinikası

OBYEKT

Tcari daşınmaz əmlak obyektləri üçün kompleks mebel təchizatı DONNA mebel fabrikinin ixtisaslaşdığı sahələrdən biridir. ICON Tibbi Estetik Klinikası kosmetoloji mərkəzinin interyeri üçün kosmetik vasitələrin nümayiş olunduğu bütün rəflər, mərkəzdə çalışan mütəxəssislərin kabinetləri üçün bütün şkaf mebelləri, yumşaq mebellər, qəbul masasının orijinal mebeli, həmçinin asma işıqlar bizim tərəfimizdən hazırlanıb.

Sözsüz ki, qəbul masasının təşkili biznes interyerlərinin dizaynında əsas məsələlərdən biridir. Qəbul masası şirkətin vizit kartı və simasıdır. MOYA Studiyasının dizaynerlərinin düşüncəsinə görə, qəbul masasının dizaynı aysberqə bənzəməli, iki hissədən ibarət olmalı və zədələrə tab gətirməli idi. Bunun üçün mütəxəssislərimiz qəbul masasının dizaynında paslanmaz polad örtükdən istifadə olunmasını təklif etdilər. Bütün formalar və konstruksiyalar ciddi şəkildə interyer dizaynerlərinin eskizlərinə uyğun olaraq dizayn edilir.

DONNA fabrikində qəbul masasının yaxınlığındakı foto zona üçün daxili işıqlandırma və yumşaq oturacaqlar hazırlanmışdır.

Bütün kosmetoloqların ofislərindəki mebellər və lüks kosmetika satışı üçün işıqlandırılmış vitrinlər də diqqəti cəlb edir.

Gözləmə zonasında və inzibati ofisdə lüks, zərif divanlar və kreslolar yerləşdirilib.


       Kostya Kordonski. MOYA Studiyası

Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение