Dizayn və çatdırılma
Bu mətbəxin əsas xüsusiyyəti yemək bişirmə və yuma sahələrinin yerləşməsindədir. Bu sahələr Kaliforniya evlərinin interyerlərində olduğu kimi, qarşı-qarşıya yerləşirlər. Mətbəx modullarının üslubu Amerikan klassikasına aiddir: siz onlarda klassik motivləri, materialları və rəngləri görə bilərsiniz, lakin eyni zamanda, xətlər və onların dizaynı minimalist və müasir xarakter daşıyır.
Mətbəxin bu kompozisiyası məkana əsasən dizayner Alina Kolva tərəfindən hazırlanmışdır və konkret müştərinin mənzili üçün dəyişdirilə bilər.
L.A.Mətbəxini xüsusilə cəlbedici edən daha bir maraqlı məqam: soyuducu və bütün məişət texnikası mətbəxlə üzbəüz dəhlizdə yerləşən bəyaz modulda yerləşdirilib.
Maraqlıdır ki, bu eyni saxlama (şkaf) sistemi qarderob otağına aparan dekorativ divar panellərinə çevrilir və nəticədə, şkaflar bir bütün kimi görünür və divarlara «qarışır».