Materiallar
Əl-üz uyuyanın altındakı “Ordinary Cubes” konsol şkafının hazırlanması üçün təbii ağac materialı ilə örtülmüş MDF-dən istifadə etdik.
Biz MDF lövhələri öz fabrikimizdə istehsal edirik və onların keyfiyyətinə tam cavabdehlik daşıyırıq.
İnteryerinizin rəngindən və hazırlandığı materialdan asılı olaraq, mütəxəssislərimiz müxtəlif tipli üzlənmiş MDF tövsiyə edə bilərlər.
Biz həmçinin tutqun və ya parlaq boyalı MDF ilə işləyə bilərik. Rəng və material seçimi hər zaman müştərinin və layihəyə rəhbərlik edən dizayner-memarın öhdəsinə buraxılır.