donna-logo
SUMINAGASHI fashion tables

SUMINAGASHI fashion tables

Eksklüziv SUMINAGASHI masaları

Bu, dizayndan daha üstündür. Sənətə nəzərən daha funksionaldır. DONNA fabrikindən və Ukraynanın məşhur DECORKUZNETSOV dizayn studiyasından üzən mürəkkəb effektinə malik dizayner masası.

Yayılmış mürəkkəbi xatırladan qədim yapon rəsm növü “suminaqaşi” Yekaterina və Valeri Kuznetsovları unikal məhsul yaratmaq üçün ilhamlandırmışdır. Həmin məhsul şirkətimiz tərəfindən qürurla təqdim olunur.

Dizaynerlər hər bir masanın təkrarsız olması üçün çalışmışlar. Eksklüziv boya tətbiqi texnologiyası sayəsində masanın üstündəki naxış yenidən təkrarlana bilməz.

DECORKUZNETSOV dizaynerlərinin ideyasını düzgün şəkildə çatdırmaq üçün biz istehsalçı olaraq əvvəlcədən müəyyən edilmiş palitradan rəng seçməyi təklif edirik. Konsepsiyaya görə, rəng palitrası mürəkkəbin bütün klassik çalarlarını, eləcə də son tendensiyalara uyğun olaraq parlaq qeyri-adi rəngləri ehtiva edir. Bu, istəyə görə və konkret interyer üçün düzgün seçim etməyə imkan verir.

Yekaterina və Valeri Kuznetsovlar. DECORKUZNETSOV studiyası

Ukraynanı bütün dünyada layiqincə təmsil edən Ukrayna dizayn sənətinin əsl əfsanələri!

Onlar 1993-cü ildə DECORKUZNETSOV studiyasını açdılar. Öz fəaliyyətlərini interyer dizaynına, dekor elementlərinə, teatr və tamaşa qurğularına həsr ediblər. Bütün bu sahələrdə Yekaterina və Valeri Kuznetsovlar yüksək funksionalizm və tərəqqi anlayışı və incə bədii duyğu nümayiş etdirmişlər.

Model seçimləri

Ölçülər

Yaponiyada SUMINAGASHI masaları

Məşhur moda dizaynerinin TOMORROWLAND şourumu

Ofis seçimi

Dizayn və çatdırılma

DONNA fabrikinin DECORKUZNETSOV dizaynerləri ilə birlikdə işləyib hazırladıqları daha bir məhsul hamar xətləri və minimalist üslubu ilə seçilir.

Müştərinin istəyi ilə, dayaqların strukturu fərqlənə bilər ki, bunun dizaynı məhsulun Yapon konsepsiyasını davam etdirir. Beləliklə, qeyd etmək olar ki, SUMINAGASHI masalarının ayaqları bir qədər yapon kağız fiqurlar sənəti olan oriqamini xatırladır.

Həmçinin, şirkətimiz unikal SUMINAGAŞI naxışlı divar panelləri və ya arakəsmələr istehsal edə bilər.


Materiallar

SUMINAGASHI masaları eksklüziv naxış texnologiyasından istifadə edilməklə rənglənmiş MDF-dən hazırlanır. Bunun sayəsində məhsul yüksək keyfiyyətli və davamlı, dizaynı isə, hər zaman özünəməxsus olur. SUMINAGAŞI masalarının üstündəki rəsmlər heç bir istehsalda təkrarlana bilməz.


Zəmanət və çatdırılma

Sifarişlərin qəbulu və məsləhətlər 24/7 həyata keçirilir.

Məhsullar bütün Azərbaycan və Avropa üzrə çatdırılır. SUMINAGASHI divar panelləri və ya arakəsmələri sifariş edərkən əvvəlcədən müvafiq ölçülər götürülür.

Məhsul üçün zəmanət 1 ildir.


Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение